AZ

Rəşad Əzizov: "Azərbaycanfilm" kinostudiyasının mahiyyəti dəyişməlidir

"Azərbaycanfilm" kinostudiyası qalmalı, amma mahiyyəti dəyişməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan mədəniyyəti-2040" Mədəniyyət Konsepsiyasının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kino sahəsində fəaliyyət göstərən şəxslər bu mühitdən yararlanmalıdır:

"Hazırda bu istiqamətdə işlər gedir. Bəzi kosmetik xarakterli işlər başlayıb. Yaxın zamanda daha geniş islahatlar nəzərdə tutulub və bəzi normativ aktlar işlənib hazırlanır".

R.Əzizov eyni zamanda bildirib ki, kino haqqında danışmaqdansa kino çəkmək lazımdır.

Seçilən
15
27
far.az

10Mənbələr