AZ

Sumqayıt Sənaye Parkından XÜSUSİ REPORTAJVİDEO

Sumqayıt Sənaye Parkında ildə 55 mln. kvadratmetr karton və qutu tarası istehsal olunacaq.

Xezerxeber.az xəbər verir ki, "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsi 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadı Zonaların İnkişafı Agentliyi tərəfindən rezident statusu alıb. Qeyd olunub ki, müəssisə 2.7 hektar sahəni əhatə edir.

Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Sumqayıt Sənaye Parkının rezidenti olan "Azermirror" MMC-  güzgü vərəqələrinin istehsalı üzrə müasir zavoddur.ilib.Burada istehsal olunan güzgü vərəqələrinin daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.

Burada yeni yaradılan polipropilen və laminatlı kisə istehsalı müəssisəsində isə  140 nəfər çalışacaq Layihə çərçivəsində illik 1440 ton polipropilen və 1680 ton laminatlı kisə istehsalı planlaşdırılır. bunu "Nun" MMC-nin direktoru Ələsgər Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Direktor qeyd edib ki, "Nun" MMC hazırda kisə istehsalı ilə məşğul olan sənaye müəssisəsidir və  Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi verilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
79
50
xezerxeber.az

10Mənbələr