AZ

“Bandotdel” əməliyyata çıxdı: saxlanılanlar var

Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Doğru.az xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, onun tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar. Onlardan ümumilikdə 34 kiloqram 450 qram müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

Seçilən
45
40
dogru.az

10Mənbələr