AZ

Kanslerin Rusiyaya bir zəngi kifayətdir

Almaniya kansleri Fridrix Merts Rusiya ilə dialoqu bərpa etməlidir.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu almaniyalı siyasətçi Ralf Nimeyer bildirib.

"Mən Lavrovun Mertsin danışmaq yox, sadəcə zəng etmək zərurəti ilə bağlı dedikləri ilə razıyam", - deyə Nimeyer fikrini bölüşüb.

O qeyd edib ki, Mertsin ritorikası indi altı ay əvvəlkindən daha konstruktivdir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov medianın suallarını cavablandırarkən Mertsin Rusiyanı Avropa ölkəsi adlandırdığını və onunla əlaqələrin zəruriliyini vurğuladığını qeyd edib. Lavrovun sözlərinə görə, Moskva ilə dialoqda həqiqətən maraqlı olanlar ictimaiyyətə açıqlama verməməli, sadəcə telefon zəngi etməlidirlər.

Seçilən
21
33
publika.az

10Mənbələr