AZ

“Lukoil”un Moldovadakı aktivləri Amerikanın nəzarətinə keçib

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ sanksiyalarının təsiri altında Rusiya neft şirkəti “Lukoil”un Kişinyov Beynəlxalq Hava Limanındakı aktivləri rəsmi olaraq Moldovanın mülkiyyətinə keçib.

Reyting.az xəbər verir ki, Moldova Energetika Nazirliyinin məlumatına görə, Dövlət Əmlak Agentliyi və Kişinyov Beynəlxalq Hava Limanı “Lukoil Moldova” ilə hava limanı ərazisindəki “Lukoil”a məxsus aktivləri milliləşdirən sənədlər imzalayıb.

Bu qərar İnvestisiya Təhlükəsizliyi Şurası (CEIISS) tərəfindən 2025-ci ilin dekabr ayında qəbul edilmiş və şirkətin fəaliyyəti dövlət təhlükəsizliyi üçün strateji maraq kəsb edən kimi tanınıb.

“Lukoil”dan aktivləri 9 yanvar tarixinə qədər təhvil verməsi tələb olunsa da, şirkət buna əməl etməyib. Nəticədə, 16 yanvarda 5 milyon lei (təxminən 300.000 dollar) məbləğində cərimə olunub və “Lukoil” bu məbləği artıq ödəyib. Şirkətin strateji əhəmiyyətli ərazilərdəki fəaliyyəti də dayandırılıb.

ABŞ-nın şirkətə qarşı sanksiyalarından sonra hava limanı və “Lukoil” rəsmi prosedurlar başa çatana qədər aktivlərin idarəetməyə verilməsi barədə razılığa gəliblər.

Moldovadakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə gəldikdə, onların idarə olunması Amerika investisiya fondu “Carlyle Group”-a veriləcək. Moldova qanunvericiliyinə görə, yeni səhmdar investisiya təsdiqi üçün ərizə təqdim etməli və CEIISS bu məsələ ilə bağlı qərar verməlidir.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında ABŞ Rusiyanın neft nəhəngləri “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərin tətbiqindən sonra “Lukoil” xarici aktivləri üçün yeni sahib axtarmağa başlayıb.

Dünən isə “Lukoil” şirkətinin xarici aktivlərini Amerika investisiya şirkəti “Carlyle”-a satmağa razı olduğu açıqlayıb.

Onu da qeyd edək ki, son dövrlər “Lukoil” MDB məkanı da daxil olmaqla xaricdə olan aktivlərini satışa çıxarıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
6
reyting.az

8Mənbələr