
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.
Söhbət zamanı Ərdoğan Türkiyənin İran və ABŞ arasında gərginliyin azaldılması və problemlərin həlli üçün vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb.
Ərdoğan bildirib ki, bu gün Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçını də qəbul edəcək.
Daşqın HəsənovMissiya.Az