Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 2 Fevral- Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib.
AZƏRTAC xəbər verir ki, 500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya gətirən forumun əsas məqsədi ittifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Forumda çıxış edənlər Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini vurğulayıb, bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu bildiriblər. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verən, eyni zamanda, cəmiyyətə xidmətin mühüm bir formasıdır. Forum könüllü təşkilatlarının bir araya gəlməsi və könüllü gənclərin şəbəkələşməsi üçün mühüm platformadır.
Eyni zamanda, forum çərçivəsində “Turizm Könüllüləri” İctimai Birliyinin sədri Nurlana Paşayeva, "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətinin şəxsi və peşəkar inkişafda mühüm rol oynadığını vurğulayıblar.
Sonra forumda gənc regional nümayəndələr və bir qrup könüllü gənc 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra musiqili bədii proqram olub.
Sözügedən forumda spiker və təlimçi Füsun Bağırlı “Könüllülüyün şəxsi və peşəkar inkişaf üçün yaratdığı imkanlar” mövzusunda çıxış edərək könüllülüyün uzunmüddətli perspektivdə gənclərin həyatına və gələcək karyera seçimlərinə təsirini vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.