AZ

Karlos Alkaras “Australian Open 2026”nın finalına yüksəldi

ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Karlos Alkaras “Australian Open -2026”nın  finalına yüksəldi

Altı dəfə “Böyük Dəbilqə” turnirlərinin çempionu, dünya birincisi ispan tennisçi Karlos Alkaras Avstraliya Açıq Çempionatının — 2026 finalına yüksəldi. Yarımfinalda o, alman tennisçi Aleksandr Zverevi 6:4, 7:6 (7:5), 6:7 (3:7), 6:7 (4:7), 7:5 hesabı ilə məğlub etdi.

Oxuməni.az xəbər verir ki, Aleksandr Zverev beşinci setdə 5:4 hesabı ilə matçda servis edə bilmədi.

Matç 5 saat 26 dəqiqə davam etdi. Bu müddət ərzində Alkaras 12 eys etdi, iki ikiqat səhvə yol verdi və 14 breyk-pointdən 4-nü reallaşdırdı. Zverevin hesabında isə 17 eys, dörd ikiqat səhv və yeddi breyk-pointdən ikisi reallaşdırılmışdı.

Qeyd edək ki, Avstraliya Açıq — 2026 finalında Karlos Alkaras Novak Cokoviç (Serbiya) və Yannik Sinner (İtaliya) yarımfinal matçının qalibi ilə qarşılaşacaq.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
oxumeni.az

5Mənbələr