
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb.
“Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama yaxın marixuana və tiryək aşkarlanıb. E.Məmmədov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.