Ötən mövsüm "Karvan-Yevlax" klubunda çıxış etmiş futbolçu Peyman Keşavarzi ölkəsində həbs olunub.
Publika.az xəbər verir ki, buna səbəb onun hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmasıdır. İranın KİA klubunda çıxış edən müdafiəçi keçən həftə Təbrizdə təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
29 yaşlı futbolçunun karyerasının bir hissəsi Azərbaycanla bağlıdır. O, ilk dəfə 2019-cu ildə "Sumqayıt" komandasına transfer edilib. Sonrakı dövrdə "Səbail"lə "Kəpəz"də də oynayıb.