AZ

ABŞ İrəvana Gömrük Xidmətində kömək edir

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Ermənistana Gömrük Xidmətinin işini təkmilləşdirməyə kömək edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, ABŞ səfirliyinin “İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi” proqramı çərçivəsində Amerikanın “S2 Global Corporation” şirkətinin nümayəndə heyəti “CertScan” təftiş inteqrasiya platformasının tətbiqini müşahidə etmək üçün Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Edvard Akobyanla görüşüb.

Qeyd olunub ki, “S2 Global” komandası “CertScan”ın Ermənistan Gömrük Xidmətinə necə dəstək verə biləcəyi ilə bağlı ilkin araşdırma aparmaq üçün İrəvana səfər edib.

Səfirliyin sözügedən proqramı təhlükəsizliyi gücləndirəcək bu qabaqcıl platformanın tətbiqi üçün 3,5 milyon dollar ayırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
40
axar.az

10Mənbələr