AZ

Gəncədə iki ticarət obyektində saxta alkoqollu içkilər aşkarlanıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən ticarət obyektlərində yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Məhsəti qəsəbəsində fiziki şəxslər - Vaqif Abbas oğlu Tağıyevə və Asif Tofik oğlu Məmmədova məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.

Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yalnış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
34
azertag.az

10Mənbələr