AZ

Çətin vəziyyətdə olan bölgə klubundan inamlı açıqlama: "Bacaracağıq"

"Karvan-Yevlax"ın qış fasiləsində heyətinə qatdığı Rauf Rüstəmli Sportinfo.az-a açıqlama verib.

Yarımmüdafiəçi Premyer Liqanın 17-ci turunda "Sabah"a məğlub olduqları görüşü (1:4) dəyərləndirib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Çətin görüş olacağını bilirdik.

Qış fasiləsindən sonr ilk sınağımız idi. Rəqibin gücünü nəzərə almaq lazımdır.

Hazırda "Sabah" liqanın lideridir. Ona görə də bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara hazırlaşacağıq.

Növbəti oyunda qələbə üçün əlimizdən gələni edəcəyik".

Aktivində 6 xalı olan Aran təmsilçisi hazırda sonuncu pillədə qərarlaşır. "Qəbələ" və "Kəpəz"in son qələbələri ilə vəziyyət bir qədər də çətinləşib.

Amma Rüstəmli düşdükləri çətin durumdan çıxacaqlarına inam ifadə edib:

"Bəli, hazırda sonuncu yerdəyik. Amma qarşıda çox oyunlarımız var. Məncə, bu vəziyyətdən çıxa bilərik.

Bunu bacarmağa qadir möhkəm kollektivimiz var. İnşallah, mövsümün sonu bizim üçün uğurlu olar".

XANOĞLAN

Seçilən
10
50
sportinfo.az

10Mənbələr