AZ

Hamıya göndərilən bu mesaj risklidir -

“WhatsApp” üzərindən vətəndaşlara “100 AZN Ramazan Yardım Paketi” adı ilə şübhəli mesajlar göndərilir. Həmin mesajlarda istifadəçilərə guya sosial yardım almaq üçün linkə daxil olub müraciət etmələri təklif olunur. İddia edilir ki, hər ailəyə ərzaq məhsulları ilə yanaşı 100 manat məbləğində pul veriləcək və müraciət prosesi artıq başlayıb. Bunun üçün isə mesajın 15 nəfərə göndərilməsi tələb olunur.Metbuat.az-ın məlumatına görə, bu tip mesajlar həqiqətə uyğun deyil, fişinq məqsədi daşıya bilər. Belə ki, linkdə göstərilən sayt nə rəsmi dövlət qurumuna, nə də tanınmış xeyriyyə təşkilatına məxsusdur. İT mütəxəssisləri bildirirlər ki, bu cür saxta platformalar əsasən vətəndaşların şəxsi məlumatlarını, telefon nömrələrini, bəzi hallarda isə bank kartı məlumatlarını ələ keçirmək məqsədi ilə yaradılır.Qeyd edək ki, Azərbaycanda heç bir dövlət qurumu və ya rəsmi sosial yardım proqramı “WhatsApp” və ya naməlum linklər vasitəsilə müraciət qəbul etmir. Rəsmi yardımlar yalnız aidiyyəti qurumların rəsmi saytları və təsdiqlənmiş kanalları üzərindən elan olunur. Vətəndaşlara naməlum linklərə daxil olmamaq, belə mesajları paylaşmamaq və şəxsi məlumatlarını üçüncü şəxslərlə bölüşməmək tövsiyə olunur. Bir daha xatırladaq ki, “pulsuz pul” vədləri ilə yayılan mesajlar əksər hallarda dələduzluq məqsədi daşıyır və ciddi maliyyə itkilərinə səbəb ola bilər. Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
18
10
metbuat.az

10Mənbələr