AZ

Suriya hökuməti SDQ ilə atəşkəsə razılaşıb

Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri arasında atəşkəs və hərbi və inzibati qüvvələrin tədricən inteqrasiyasını əhatə edən bir razılaşma imzalanıb. 

"Unikal" SANA-ya istinadən xəbər verir ki, sazişdə Suriya Daxili İşlər Nazirliyinə bağlı təhlükəsizlik qüvvələrinin Haseke və Qamışlı şəhər mərkəzlərinə daxil olacağı və Suriya Demokratik Qüvvələrindən üç briqadadan ibarət hərbi diviziyanın yaradılacağı nəzərdə tutulur.

Saziş Muxtar Administrasiyanın qurumlarının Suriya dövlət qurumlarına inteqrasiyasını, köçkünlərin geri qayıtmasına zəmanət verməyi və kürd xalqının vətəndaşlıq və təhsil hüquqlarının tənzimlənməsini əhatə edir.

Seçilən
3
8
unikal.az

10Mənbələr