AZ

Ekspert: İxtisassız psixoloqlar cəmiyyət üçün risk yaradır

Heç bir ixtisası və təhsili olmadan özünü psixoloq kimi təqdim edən şəxslər artıq ictimai təhlükə mənbəyinə çevrilib.

QHT.az xəbər verir ki, bu fikri təhsil eksperti, TİHA-nın sədri Əmrah Həsənli bildirib. Onun sözlərinəgörə, psixoloqluq sosial şəbəkədə aktiv olmaq və motivasiya cümlələri paylaşmaqla deyil, illərlə davam edən təhsil, bilik və məsuliyyətlə mümkündür:

“Social mediada şou xarakterli fəaliyyət göstərən və insanların travmasını kontentə çevirən şəxslər etik qaydalara zidd davranırlar. Psixoloji sağlamlıq zarafat mövzusu deyil və cəmiyyət bu sahədə daha diqqətli və tələbkar olmalıdır.”

Seçilən
50
50
qht.az

10Mənbələr