AZ

Zelenski Putini Kiyevə dəvət etdi: Moskvada görüş mümkün deyil

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra açıqlamalar verərək, Rusiya ilə mümkün danışıqların şərtlərini açıqlayıb.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin Kiyevə dəvət olunub, əlbəttə ki, cəsarət edərsə. Putinə Moskvada görüş təklifi etmək Kiyevdə görüşmək kimi deyil və bu mümkün deyil”,-deyə Zelenski əlavə edib.

Prezident, istənilən formatda sammitə hazır olduğunu bildirib, lakin Moskva və ya Belarusda görüşün mümkün olmadığını vurğulayıb.

Zelenski əlavə edib ki, Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı heç bir birbaşa razılaşma yoxdur.

O bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırsa, Ukrayna da Rusiyanın enerji obyektlərinə zərbə vurmayacaq.

Bundan başqa, prezident onu da qeyd edib ki, İran ətrafındakı vəziyyət səbəbindən Ukrayna və Rusiya arasında növbəti görüş təxirə salına bilər.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
50
icma.az

10Mənbələr