AZ

Bu ailələrə şad xəbər

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ünvanlı dövlət sosial yardımı almaq istəyən vətəndaşın müraciətinin əsassız səbəblərlə yubadıldığını iddia edib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları vətəndaşları süründürməçiliyə salırlar, müraciətlərə məsuliyyətsiz yanaşırlar.

DSMF deputatın iddialarına cavab verib.

Publika.az xəbər verir ki, “Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, ünvanlı sosial yardım üçün müraciət zamanı ərizə-bəyannamədə göstərilən məlumatlar dövlət informasiya bazaları əsasında yoxlanılır:

“Ailəni təmsil edən şəxsin ailəsinə ünvanlı yardım təyin edilməsi üçün müraciəti zamanı ərizə-bəyannamədə ailə tərkibi, gəlirləri, əmlakı və s. barədə qeyd etdiyi məlumatlar ilk mərhələdə müvafiq qurumların informasiya ehtiyatlarındakı məlumatlarla uzlaşdırılaraq yoxlanılır. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olunmadığı halda ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir. Müayinə zamanı ailəni təmsil edən şəxs yaşayış ünvanında olmadıqda ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin iştirakı ilə müayinə aparılır və nəticəsinə uyğun qərar verilir.

Əgər ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq, qeyri-düzgün məlumatın verildiyi aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir”.

Seçilən
16
39
publika.az

10Mənbələr