AZ

Tədqiqat: Uzunömürlülük genetik amildən daha çox asılıdır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 yanvar, AZƏRTAC

Ömrün uzun olmasına bir çox amil, məsələn, pəhriz, idman, siqaret çəkmək, spirtli içki qəbul etmək, ətraf mühit və digərləri təsir edir. Bəs genlərin bu məsələdə rolu nədən ibarətdir? Bu, onilliklərdir ki, alimlər arasında mübahisəli bir mövzuya çevrilib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, yeni tədqiqat genetikanın daha böyük rolunu üzə çıxarıb. Müəyyən olunub ki, genlərin insan ömrünün müəyyən edilməsində töhfəsi təxminən 50 faizdir. Bu, əvvəlki tədqiqatların nəticələrindən təxminən ikiqat çoxdur və laboratoriya heyvanları üzərində aparılan araşdırmalarda da təsdiqini tapır.

Sözsüz ki, uzunömürlülük həyat tərzi, genlər və ən əsası, təsadüfilik də daxil olmaqla bir çox amillərdən təsirlənir. Məsələn, oxşar mühitlərdə böyüyən və fərqli vaxtlarda ölən genetik cəhətdən eyni orqanizmləri götürək”, - deyə İsraildəki Veizmann Elm İnstitutunun fizika üzrə doktorantı və cümə axşamı “Science” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi Ben Şenhar bildirib. O əlavə edib: “Tədqiqat zamanı genetikaya aid edilə bilən müxtəlif insanlar arasında variasiyanın miqdarını göstərməyə çalışdıq. Tədqiqatımız uzunömürlülük amillərini genetikaya bölməyə çalışdı və təxminən 50 faizlik nəticə hasil oldu”.

Müəyyən edilib ki, genlər ömür uzunluğuna hər iki istiqamətdə təsir göstərir. Bir tərəfdən, onlar xəstəliklərə səbəb ola və ömrü qısalda bilən zəiflədici genetik qüsurlar yarada bilər. Digər tərəfdən, uzunömürlülüyə fayda verən genlər də mövcuddur.

İsrailli alim bildirib: “Bəzi insanlar səhhətində heç bir ciddi tibbi problem olmadan 100 yaşına çatırlar. Aydındır ki, bu insanlarda yaşla əlaqədar baş verən təbii xəstəliklərin inkişafından qoruyan qoruyucu genlər var. Bu genlərdən bəziləri müəyyən edilib, baxmayaraq ki, əksər mürəkkəb xüsusiyyətlər kimi, uzunömürlülüyə yüzlərlə, bəlkə də minlərlə gen təsir göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
38
azertag.az

10Mənbələr