AZ

Türkanda film kimi OLAY - Transformatordan yeraltı “levi” xətt ÇƏKDİ, qəsəbəni İŞIQSIZ QOYDU – VİDEO

Ötən gün Bakının Xəzər rayonu, Türkan qəsəbəsində abonentlər işıqsız qalıb.

Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri şikayət ünvanlayıb. Dediklərinə görə bir abonentin elektrik xəttə müdaxilə etməsi səbəbindən yüzlərlə abonentin işıq xətti transfarmatordan ayrılıb və vətəndaşlar işıqsız qalıb:

“Bir abonentin səhvinə görə biz niyə əziyyət çəkməliyik? Xəstə, qoca, uşaqlı ailələr var. Bu nə qədər doğru addımdır? Bir abonentə görə bütün sakinlər işıqsız qalıb”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, paytaxıtn Xəzər rayonu Türkan qəsəbəsində yerləşən sözügedən ərazidə ötən gün 2 saat elektrik enerjisinin verilişində fasilə yaranıb:

“Araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə yaşayan və “Azərişıq” ASC-yə külli miqdarda borcu olan sakin kustar üsulla yeraltı elektrik xətti çəkərək qanunsuz olaraq transformatora birləşdirib. Güc mənbəyinə edilən kənar müdaxilə qəza halının yaranmasına və nəticədə transformatorun bəzi hissələrinin sıradan çıxmasına səbəb olub. “Azərişıq” ASC-nin əməkdaşları qısa vaxtda hadisə yerinə gəlib baxış keçiriblər, transformatorun sıradan çıxan hissələri aşkarlanaraq yenilənib. Təmir-bərpa işlərinin aparıldığı 2 saat müddətində qəsəbənin bəzi küçələri işıqsız qalıb. Vətəndaşın etdiyi oğurluq faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub”.


Naibə Məmmədova, Bizim.Media                 

Seçilən
11
20
bizim.media

10Mənbələr