AZ

Yaponiyada qar yağışı 28 nəfərin ölümünə səbəb olub

Yaponiyanın şimal-şərqində güclü qar yağması nəticəsində azı 28 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Ən çox ölüm halları Niiqata, Akita və Hokkaydo prefekturalarında qeydə alınıb.

QHT.az xəbər verir ki, ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar və yolları təmizləyərkən halı pisləşənlər var. Yerli hakimiyyət orqanları bütün halları qar yağışı ilə əlaqələndirir. Sinoptiklər yaxın 24 saatda qarın davam edəcəyini bildirir. Niiqatada əlavə 70 sm, Honşunun şimal-şərqində isə 50 sm-ə qədər qar gözlənilir.

Pis hava şəraiti nəqliyyatın işinə təsir göstərir, Yaponiya Hava Yolları artıq bir neçə reysi ləğv edib.

 

R.İmanov

Seçilən
17
2
qht.az

10Mənbələr