AZ

Süni intellekt və əmək bazarının böyüməsinin yavaşlaması səbəbindən ABŞ-da 52.000 iş yeri ixtisar ediləcək

Amazon, UPS, Dow, Nike və Home Depot da daxil olmaqla aparıcı ABŞ şirkətləri əmək bazarının yavaşlaması və süni intellektin (Sİ) genişlənməsi fonunda azı 52 min işçini ixtisar etməyi planlaşdırır.

QHT.az xəbər verir ki, məlumata görə, bu addım illərlə davam edən kütləvi işə qəbuldan sonra işçi sayının azaldılmasının göstəricisidir. Şirkətlər iqtisadi qeyri-müəyyənlik və süni intellektə investisiya ehtiyacı səbəbindən xərcləri azaltmağa çalışırlar. Goldman Sachs-ın baş iqtisadçısı Devid Merikl bildirib ki, şirkətlər əmək xərclərini azaltmaq üçün getdikcə daha çox süni intellektdən istifadə edirlər.

Amazon isə istehsalın optimallaşdırılması məqsədilə 16 min işçini işdən çıxarmağı planlaşdırır. Şirkətin rəhbərliyi avtomatlaşdırmanın işçi sayının azalmasına səbəb olacağını artıq açıqlayıb.

 

R.İmanov

Seçilən
12
11
qht.az

10Mənbələr