AZ

DOST-un maliyyə durumu yaxın zamanlarda açıqlanacaq

 

DOST Agentliyinin ötən ilki maliyyə hesabatı yaxın bir-iki aya təqdim olunacaq.Bunu anews.az-ın sorğusuna cavab olaraq agentliyin sədri Fərid Məmmədov bildirib.

O bildirib ki, hər il audit yoxlamasından keçir və fəaliyyət beynəlxalq audit şirkəti tərəfindən yoxlanılır. 

Onun sözlərinə görə, 2024-cü ilin maliyyə hesabatı artıq təqdim olunub. 

“Hazırda növbəti audit yoxlaması üçün müqavilə bağlanıb. Yaxın bir-iki ay ərzində 2025-ci ilin nəticələrinə dair audit hesabatının təqdim edilməsi nəzərdə tutulur”, –  sədr qeyd edib.

DOST Agentliyi 2024-cü ili 35 min manat mənfəətlə başa vurub ki, 
bu, 2023-cü illə müqayisədə 2,3 dəfə azdır.

Gülnar Nazimqızı

Seçilən
32
41
anews.az

10Mənbələr