Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov növbəti vətəndaş qəbulu keçirib -Fotolar
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov
Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi şəkildə görüş keçirib.
aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb.
Göydəniz Qəhrəmanov bildirib ki, 2026-cı ilin yanvar ayının növbəti vətəndaş qəbulları keçirildi.
Qəbullar zamanı Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi şəkildə görüş keçirildi. Sakinlər sosial, məşğulluq və digər gündəlik həyatda qarşılaşdıqları məsələlərlə bağlı müraciətlər etdilər.
Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olundu. Həlli müəyyən vaxt və prosedur tələb edən müraciətlər isə qeydə alındı.