Güzgülərdəki ləkələr və izlər ev təmizliyində tez-tez problem yaradır. Sadə üsullarla silinsə də, bəzən mükəmməl parıltı əldə etmək çətin olur.
Pravda.az bildirir ki, peşəkar təmizlik mütəxəssisləri isə bu problemi sadə və effektiv üsulla həll etməyi tövsiyə edir.
Təcrübəlilər filtr kağızından və ya mikrofiber bezdən istifadə etməyi məsləhət görür. Bu üsul güzgü və şüşə səthlərdə iz buraxmadan parlaqlıq yaradır.
Təmizləmə üçün əvvəlcə güzgü üzərinə adi pəncərə təmizləyicisi püskürdülür, sonra filtr kağızı ilə silinir və sonda quru hissə ilə parlaq nəticə əldə edilir. Bu sadə metod həm güzgülər, həm də digər şüşə səthlər üçün uyğundur və peşəkar təmizlikdə geniş tətbiq olunur.
Əminə Bayramova
Tarix: 30 Yanvar 2026, 12:57