AZ

Azərbaycanda mədəniyyətin yeni inkişaf modeli təqdim edilib

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanda mədəniyyətin həyat tərzinin ayrılmaz hissəsinə çevrilməsi və milli-mənəvi dəyərlərin qorunması yeni mədəniyyət modelinin əsas prioritetləri kimi müəyyənləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının təqdimatına həsr olunmuş bilgiləndirmə sessiyasında bildirilib.

Təqdimatda bildirilib ki, yeni model mədəniyyətin yalnız yaradıcı sahə kimi deyil, eyni zamanda funksional və cəmiyyətin bütün sahələri ilə qarşılıqlı əlaqədə olan sistem kimi inkişafını nəzərdə tutur. Bu çərçivədə mədəniyyətin elm, təhsil və innovasiyalarla əlaqəsinin gücləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilib.

Qeyd olunub ki, model cəmiyyətin mədəni müxtəlifliyinin və birliyinin qorunmasını, eyni zamanda Azərbaycan mədəniyyətinin mövcud potensialından tam istifadə edilməsini hədəfləyir. Mədəniyyətin coğrafi, rəqəmsal, fiziki və iqtisadi ölçülərdə hərtərəfli inkişafı xüsusi vurğulanıb.

Çıxışlarda qloballaşma şəraitində milli kimliyin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi ön plana çəkilib, sürətli rəqəmsallaşma fonunda ənənəvi ünsiyyət formalarının saxlanılmasının əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, beynəlxalq mədəni mübadilədə iştirakın genişləndirilməsi yeni modelin əsas məqsədlərindən biri kimi dəyərləndirilib.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
8
bakivaxti.az

4Mənbələr