Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxyı ilə saat 15:00-da başlayacaq.
Püşkdə Liqa mərhələsini 9–24-cü yerlərdə başa vuran klublar iştirak edəcəklər. Komandalar Liqa mərhələsində tutduqları mövqelərə əsasən ikili qruplara bölünəcək və dörd səpələnmiş, dörd isə səpələnməmiş cütlük formalaşdırılacaq.
Səpələnmiş cütlüklər:
9 və 10-cu yerlər — “Real” (İspaniya) və “İnter” (İtaliya)
11 və 12-ci yerlər — PSJ (Fransa) və “Nyukasl” (İngiltərə)
13 və 14-cü yerlər — “Yuventus” (İtaliya) və “Atletiko” (İspaniya)
15 və 16-cı yerlər — “Atalanta” (İtaliya) və “Bayer” (Almaniya)
Səpələnməmiş cütlüklər:
17 və 18-ci yerlər —“Borussiya” (Dortmund, Almaniya) və “Olimpiakos” (Yunanıstan)
19 və 20-ci yerlər — “Brügge” (Belçika) və “Qalatasaray” (Türkiyə)
21 və 22-ci yerlər — “Monako” (Fransa) və “Qarabağ” (Azərbaycan)
23 və 24-cü yerlər — “Bude-Qlimt” (Norveç) və “Benfika” (Poaliya)
Hər bir səpələnmiş cütlük pley-off mərhələsində səpələnməmiş cütlüklərdən biri ilə qarşılaşacaq.
Yəni:
9/10-cu yerlər — 23/24-cü yerlərə qarşı
11/12-ci yerlər — 21/22-ci yerlərə qarşı
13/14-cü yerlər — 19/20-ci yerlərə qarşı
15/16-cı yerlər — 17/18-ci yerlərə qarşı oynayacaq.
Püşkatmadan sonra mümkün qarşılaşmalar belə olacaq:
“Monako” / “Qarabağ” — PSJ / “Nyukasl”
“Brügge” / “Qalatasaray” — “Yuventus” / “Atletiko”
“Bude-Qlimt” / “Benfika” — “Real” / “İnter”
Dortmund “Borussiya”sı / “Olimpiakos” — “Atalanta” / “Bayer”
Qeyd edək ki, ÇL-də pley-offun ilk oyunları 17–18 fevralda, cavab görüşləri isə 24–25 fevralda keçiriləcək.