AZ

Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib  

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.

Azərbaycan çempionu 1/8 finala gedən yolda İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.

Pley-off cütləri

“Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya)

“Borussiya Dortmund” (Almaniya) – “Atalanta” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) – “Bayer Leverkuzen” (Almaniya)

“Brügge” (Belçika) – “Atletiko” (İspaniya)

“Monako” (Fransa) – PSJ (Fransa)

“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)

“Benfika” (Portuqaliya) – “Real Madrid” (İspaniya)

 “Budyo-Qlimt” (Norveç) – “İnter” (İtaliya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” bu raundda ilk görüşü Bakıda keçirəcək.

Seçilən
75
50
azerbaijan-news.az

10Mənbələr