Bir neçə gün əvvəl Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşını bıçaqlayaraq öldürdükdən sonra yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar etdiyi iddia olunur.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Manset.az-a açıqlama verən Abbas Əliyev hazırda vəziyyətinin yaxşı olmadığını bildirib.
“Bu, çox ağır dərddir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər”, - məhkəmə sədri qeyd edib.