Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Barselonada keçirilən Fələstinə yardım tədbirində təsirli çıxışı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, çıxışına “Əssalamu əleykum” sözləri ilə başlayıb.
“Dağıntılar arasında qalan bir uşağın “Anam haradadır?” deyə yalvardığını gördüm. Həmin uşaq hələ də anasına nə olduğunu bilmir. Həmişə düşünürəm ki, uşaqlar nə fikirləşir?
Deyəsən, biz onları tək qoymuşuq, tərk etmişik. Onların “Haradasınız? Gəlin, bizə kömək edin” dediklərini təsəvvür edirəm. Və indiyə qədər, hətta indi belə biz bunu etməmişik”, - Qvardiola bildirib.
İspan çalışdırıcının həmin çıxışını təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.