NATO hərbi komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Avropa ordusunun ayrıca yaradılması ideyasına qarşı çıxıb və Şimali Atlantika Alyansının mövcud formatına sadiqliyini vurğulayıb.
Herbiand.az xəbər verir ki, o, bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib.
Daha əvvəl müdafiə və kosmik məsələlər üzrə Avropa Komissarı Andrius Kubilius bildirib ki, AB daxilində 100.000 nəfərə qədər daimi ümumavropa silahlı qüvvələrinin yaradılması təşəbbüsünə dəstək var. O, həmçinin, Avropa Təhlükəsizlik Şurasının yaradılması məsələsini müzakirəyə çıxarmağı təklif edib.
“Mən Avropa ordusu ideyasını dəstəkləmirəm. Mən ABŞ ilə birlikdə NATO ideyasına sadiq qalıram: bu, fəzilətli və təcrübəli bir ittifaqdır. Amerika ordusu fundamental əhəmiyyətli olaraq qalır” - Draqone qeyd edib.
Bəxtiyar CƏFƏRLİ