AZ

Pensiya stajı ilə bağlı YENİ QƏRAR

Gələcəkdə xüsusi dövlət qulluğunda xidmət illəri ümumi dövlət qulluğu pensiya stajına daxil edilə bilər.


Manset.az xəbər verir ki, bununla bağlı tövsiyə Konstitusiya Məhkəməsinin müvafiq qərardadında öz əksini tapıb.

Sənəddə pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilib.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Seçilən
36
manset.az

1Mənbələr