AZ

“Amazon” ChatGPT-yə 50 milyard dollar sərmayə yatırmaq niyyətindədir

Bakı, 30 yanvar, AZƏRTAC

“Amazon” ChatGPT-nin sahibi “OpenAI” şirkətinə 50 milyard dollaradək sərmayə yatırmaqla bağlı danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, razılaşma çərçivəsində “OpenAI” şirkəti “Amazon”un hesablama resurslarından istifadə edə, “Amazon” isə “OpenAI” şirkətinin süni intellekt modellərinə çıxış imkanı qazana bilər. Şirkətlər arasında sərmayə ilə bağlı sövdələşmənin yaxın həftələrdə imzalanacağı gözlənilir.

“Amazon” süni intellekt sahəsinə yatırımlarını artırır və AWS vasitəsilə bulud xidmətləri bazarında aparıcı mövqeyini qoruyur. Şirkət eyni zamanda ChatGPT-yə alternativ “Claude” modelini hazırlayan “Anthropic” şirkətinin də əsas sərmayədarlarındandır.

Qeyd edək ki, 2022-ci ilin sonunda ChatGPT-nin istifadəyə verilməsi süni intellekt sahəsində qlobal artımı sürətləndirib. Hazırda “OpenAI” və digər texnologiya nəhəngləri bu sahəyə yüz milyardlarla dollar sərmayə yatırırlar.

Seçilən
40
27
azertag.az

10Mənbələr