AZ

Hakan Fidan: "Dünya ictimaiyyətinin bilmədiyi bir şey var"

Xarici işlər naziri Hakan Fidan Qətərin Əl-Cəzirə kanalında yayımlanan müsahibədə cari məsələlərlə bağlı açıqlamalar verib və Rəsul Sərdar Atəşin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Fidan YPG/SDG terror təşkilatı ilə Dəməşq hökuməti arasında əldə edilən razılaşmanı çox mənalı və vacib hesab etdiyini bildirib və əlavə edib: "Prinsipcə, Türkiyə olaraq, tərəflərin kimliyindən asılı olmayaraq, əldə edilən hər hansı bir razılaşmanı dəstəkləyirik. Çünki müəyyən prinsiplər üzərində razılığa gəldikləri müddətcə, düşünürəm ki, bizim nöqteyi-nəzərimizdən dəstəkləməyə dəyər. Bununla belə, Türkiyənin milli təhlükəsizlik maraqları ilə bağlı öz narahatlıqları və qırmızı xətləri var. Buna baxmayaraq, Dəməşq hökuməti SDG ilə razılaşma əldə etdikdə, bunlar ümumiyyətlə nəzərə alınır. Lakin hazırkı vəziyyətə qayıdaraq, dediyiniz kimi, atəşkəs davam edir və bu, Amerika qüvvələrinə İŞİD əsirlərini Suriyadan İraqa köçürməyə imkan verir . Düşünürəm ki, bu, vacib bir inkişafdır. Düşünürəm ki, hər kəs buna kömək etməlidir. Türkiyə olaraq, amerikalılarla birlikdə bunu həqiqətən asanlaşdırmaq üçün əlimizdən gələni etməyə çalışırıq."

Fidan Türkiyənin kürdlərin rəhbərlik etdiyi hər hansı bir polis strukturunu qəbul edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: "SDF əslində PKK - nın Suriyadakı bir uzantısıdır və PKK-nın dörd ölkədə dörd qolu var: Suriya , İraq, İran və Türkiyə. Beləliklə, onların dörd ölkə üçün hədəfləri var. Biz həqiqətən də Suriya kürdlərinə dəyər veririk. Onlara ədalətli davranılmalıdır".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
5
turkustan.az

4Mənbələr