AZ

Azərbaycanda bu qərarın müddəti martın 1 nədək UZADILDI

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclasında ov mövsümünün müddətinin artırılması barədə qərar qəbul edilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva BAKU.WS-ə bildirib ki, ölkə ərazisində quşların qış sayğısı yekunlaşıb və mütəxəssislər tərəfindən aparılan müşahidələr nəticəsində quş populyasiyalarının sabit olduğu müəyyən edilib. Mövcud vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və ov həvəskarlarının müraciətləri nəzərə alınaraq ov mövsümünün 1 mart 2026-cı il tarixinədək uzadılması məqsədəuyğun hesab olunub.

Xidmət rəsmisi vurğulayıb ki, ov mövsümü müddətində vətəndaşlar mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməli, yalnız müəyyən edilmiş limitlər daxilində və qanuni icazə sənədləri əsasında ov etməlidirlər. Qadağan olunmuş ərazilərdə, o cümlədən milli parklar və dövlət təbiət qoruqlarında ov hallarına yol verilməməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
50
baku.ws

10Mənbələr