Bakı.Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görəməhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb.
Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qramayaxın marixuana və tiryək aşkarlanıb. E.Məmmədov ifadəsindənarkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqaməlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədi ilə əldəetdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxsbarəsində həbs qətimkan tədbiri seçilib.