AZ

Almaniya üç il ərzində nüvə silahı yarada bilər

Almaniya, digər Avropa müttəfiqləri ilə əməkdaşlıq edərək, ABŞ-ın qitədən açıq şəkildə çıxması fonunda özünü silahlandırmalıdır. Avropanın da güclü nüvə çəkindirici arsenalına ehtiyacı var...

Poliqon xəbər verir ki, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer bunu "Tagesspiegel"ə verdiyi müsahibədə deyib.

"Təcavüzkar bir qonşunun sizə hücumunun qarşısını necə ala bilərsiniz? Yalnız güc və çəkindirmənin köməyi ilə. Çox uzun müddətdir ki, Avropada guya əbədi sülh illüziyasına qapılmışıq. İndi bu çatışmazlıqları sürətli və hərtərəfli yenidən silahlanma yolu ilə kompensasiya etməliyik", deyə o bildirib.

Eyni zamanda, Fişer tarixin dərslərinə istinad edərək Almaniyanın müttəfiqləri ilə əməkdaşlıq edərək nüvə silahları üzərində işləməli olduğunu vurğulayıb:

"Almaniya nüvə silahlarına milli çağırış kimi baxsaydı, bunu ciddi bir səhv hesab edərdim. Avropa bunu etməlidir, çünki Amerikanın təhlükəsizlik zəmanətləri artıq qeyri-müəyyəndir. Almaniya bir daha heç vaxt tək hərəkət etməməlidir, heç vaxt. Bizə Avropa tərəfdaşlarımız lazımdır".

"Bild" Fişerin müsahibəsini şərh edərkən qeyd edir ki, texniki cəhətdən Almaniya bir çox insanın düşündüyündən daha sürətli nüvə silahları yaratmağa hazırdır. Nəşr, xüsusən də, otuz ildən çoxdur nüvə texnologiyaları üzrə tədqiqat aparan kimyaçı Rayner Murmanın fikrinə istinad edir. Onun sözlərinə görə, texniki cəhətdən Almaniya üç ildə atom bombası yaratmağa qadirdir.

Poliqon.info

Seçilən
30
35
poliqon.info

10Mənbələr