2025-ci il ərzində təmin olunan 2588 istehlakçı müraciəti əsasında ümumilikdə 383 min manatadək vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən intensiv tədbirlər bazar iştirakçıları arasında hüquqi məsuliyyətin artırılmasına, xüsusilə istehlakçıların pozulmuş hüquqlarının bərpası istiqamətində real nəticələrin əldə olunmasına xidmət edir.