AZ

Qəzalar zamanı xilasetmə ilə bağlı təlim keçirildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı xilasetmə işinin təşkili və aparılması qaydaları, o cümlədən deformasiyaya uğramış nəqliyyat vasitələrindən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış nəqliyyat vasitəsindən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Seçilən
22
30
bakivaxti.az

10Mənbələr