Binəqədi rayonunda sahibsiz itlər sakinlər üçün təhlükə yaradır.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində sahibsiz itlərin sayı sürətlə artıb. Sakinlərin verdiyi məlumata görə, hazırda ərazidə 20-25 baş sahibsiz it dəstə halında toplaşaraq insanların gündəlik istifadə etdiyi yollarda hərəkət edir.
Bildirilir ki, bu itlər zaman-zaman insanlara hücum edir və xüsusilə səhər və axşam saatlarında məktəblilərin, yaşlıların və qadınların hərəkəti üçün ciddi təhlükə yaradır.
Ərazidən görüntüləri təqdim edirik: