AZ

Bu dolların kəskin bahalaşmasının qarşısını alır İqtisadçı

ain.az bildirir, 525.az portalına istinadən.

“FED bazar gözləntilərinə uyğun olaraq əsas faiz dərəcəsini dəyişməyərək mövcud səviyyədə saxlayıb. FED 2026-cı ilin ilk faiz qərarını açıqlayaraq faiz dərəcəsini 3.50–3.75 faiz aralığında qorudu. Bu qərar ardıcıl üç faiz endirimindən sonra Federal Açıq Bazar Komitəsinin (FOMC) pul siyasətində ‘pauza’ verdiyini göstərir”.

Bunu 525.az-a iqtisadçı-ekspert Eyyub Kərimli ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatında hazırda sabitlik və inflyasiyanın tədricən nəzarət altına alınması müşahidə olunur. Bu səbəbdən FED-in sərt monetar siyasətdən müvəqqəti olaraq imtina etməsi gözlənilən addım idi.

Ekspert qeyd edib ki, faiz dərəcəsinin dəyişdirilməməsi qlobal maliyyə bazarlarında nisbi sabitlik yarada bilər və inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarına da müsbət təsir göstərə bilər: “Pul siyasətinə verilən bu "pauza’" həm investorlar üçün riskləri azaldır, həm də dolların kəskin bahalaşmasının qarşısını alır. Növbəti qərarlar ABŞ-da inflyasiya göstəricilərinin və əmək bazarındakı vəziyyətin dinamikasından asılı olacaq".

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
36
525.az

10Mənbələr