Burkina-Faso hökuməti bütün siyasi partiyaları ləğv edib və onların bütün aktivlərini dövlətə təhvil verib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Emil Zerbo məlumat yayıb.
O, parlamentin buraxılması qərarının "dövlətin yenidən qurulması" istiqamətində atılmış bir addım olduğunu bildirib və bunun səbəbi kimi çoxpartiyalı sistem daxilindəki sui-istifadə və əməliyyat problemlərini göstərib.
Zerbo həmçinin qeyd edib ki, siyasi partiyaların sayının həddindən artıq artması sosial bölünmələri qızışdırır. Burkina-Fasoda 100-dən çox qeydiyyatdan keçmiş siyasi partiya var.