Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Moderator.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Türkiyənin “Fənərbağça” klubu bu mərhələdə İngiltərənin “Nottingem Forest” və ya Çexiyanın “Viktoriya Plzen” klublarından birinə rəqib olacaq.
Pley-off cütlükləri:
“Seltik” (Şotlandiya) / “Ludoqorets” (Bolqarıstan) - “Ştutqart” (Almaniya) / “Ferenavaroş” (Macarıstan)
“Fənərbağça” (Türkiyə) / “Panatinaikos” (Yunanıstan) - “Nottingem Forest” (İngiltərə) / “Viktoriya Plzen” (Çexiya)
“Dinamo Zaqreb” (Xorvatiya) / “Brann” (Norveç) - “Genk” (Belçika) / “Bolonya” (İtaliya)
PAOK (Yunanıstan) / “Lill” (Fransa) - “Srvena Zvezda” (Serbiya) / “Selta Viqo” (İspaniya)
Qeyd edək ki, Avropa Liqasının pley-off oyunları fevralın 19-u və 26-da təşkil olunacaq. Final matçı may ayının 20-də İstanbulda olacaq.