Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.
Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib:
"Ötən il Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, "Smart DOST" xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib".
F.Məmmədov əlavə edib ki, hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.