Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.
Heftelik.az unikal.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı adına sahiblənən Fuad Məmmədovun atasının da yüksək vəzifəli şəxs olduğu bildirilir.Məlumata görə, F.Məmmədov bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun oğludur.F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.
