Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ və İran arasında gərginlik gün keçdikcə artır. Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "MQ-4C Triton" strateji radiotexniki kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) və "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi İranın cənub-şərqində bir neçə saatlıq uçuş həyata keçirib.
ABŞ-İran arasındakı gərginliklə bağlı xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, prosesin gedişatı onu göstərir ki, ABŞ-nin İranla bağlı konkret planı var və bu planın həyata keçirilməsi üçün addımlar atır: “Düşünürəm ki, 2026-cı il İran üçün həlledici il olacaq. Ancaq onu da nəzərə almalıyıq ki, bu proseslər bizim üçün də müəyyən problem yaradacaq”.
Deputatın bildirdiyinə görə, bütün hallarda isə proses artıq gərginliyə doğru gedir: “Biz ümid edirik ki, proses bu formada inkişaf etməsin, Azərbaycan da bu təhlükədən sığortalansın. Çünki İranda müharibə bizə də gərginlik yaradacaq, bizim vətəndaşlar üçün də müəyyən çətinlik yaradacaq. Biz isə bunun baş verməsini arzulamırıq. Ümid edirik ki, bu hadisələr Azərbaycana təsirsiz ötüşəcək”.
Röya İsrafilova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.