AZ

Aqrar məhsul ixracı 27% ə yaxın artıb

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ötən il Azərbaycanın aqrar məhsullar üzrə ixracı 26,7% artaraq 1 mlrd ABŞ dollarına çatıb.

Bakıvaxtı.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir ki, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 326,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon ABŞ dolları) ikinci, karbamid (170,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (36,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı ( 20,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
20
bakivaxti.az

10Mənbələr