AZ

Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğludur? Maraqlı detallar

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.

Hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı olan Fuad Məmmədovun atasının müəllim olduğu bildirilib.

Onun atasının bp-nin vitse-prezidenti olmasına dair iddialar olsa da, bu, təsdiqini tapmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
16
baku.ws

10Mənbələr