ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Qiymətli metallar bazarında kəskin geriləmə baş verib. Qızıl və gümüş rekord yüksəlişdən sonra sürətlə ucuzlaşıb. Buna səbəb kimi ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə daha sərt (“şahin”) mövqeli namizədin təyin olunacağı ilə bağlı xəbərlər və dolların möhkəmlənməsi göstərilir.
Sherg.az xəbər verir ki, qızılın unsiya qiyməti rekord səviyyədən düşərək 5 113 dollara qədər geriləyib. Buna baxmayaraq, aylıq göstəricidə hələ də 20%-dən çox artım var və bu, 1980-ci illərdən bəri ən güclü dövr sayılır. Sürətli eniş nəticəsində bazarda təxminən 2,5 trilyon dollarlıq dəyər itkisi qeydə alınıb.
Gümüş də təxminən 5% ucuzlaşıb - investorlar rekord artımdan sonra mənfəət götürür. Mis və paladyum qiymətləri də dolların güclənməsi və bazarda ümumi satış dalğası fonunda geriləyib. Buna baxmayaraq, elektrikləşmə, süni intellekt və data mərkəzlərinə yatırımlar uzunmüddətli tələbi dəstəkləyən amillər kimi qalır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.