AZ

Deməzdim ki, Çinə ancaq pul qazanmaq üçün gedir Bəhlul Mustafazadənin atası

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mətbuatda məlumatlar yayılmışdı ki, Çempionlar Liqasında “Ayntraxt”la oyundan sonra “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Qurban Qurbanova yaxınlaşaraq komandadan ayrılmaq istədiyini bildirib. Klub da təkzib etmir ki, 28 yaşlı müdafiəçiyə Çindən təklif var. Bəhlul da getmək istəyir. Lakin “Qarabağ” rəhbərliyi və Qurban Qurbanov “Liverpul”la oyundan sonra getməyinə razılıq vermişdi. Məsələni dəqiqləşdirmək üçün Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayevlə əlaqə saxladıq, vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdıq:

“Səmimi deyim, bu məsələlərlə bağlı məlumatım yoxdu. Bəhlulla hələ ki, danışmamışam. Mən deməzdim ki, Çinə ancaq pul qazanmaq üçün gedir. Hər futbolçu legioner həyatı yaşamaq istəyir, fərqli məkanda oynamaq arzusunda olur. Düzdü, burda pul da rol oynayır, amma əsas məsələ pul deyil. Başqa ölkələrdən təkliflər barədə məlumatım yoxdu. Bildiyim ancaq Çindi”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
29
icma.az

10Mənbələr